İlker Aksum

İlker Aksum

Aktyor

BİOQRAFİYA

İlker Aksum – türkiyəli aktyordur. 23 may 1971-ci ildə İsparta şəhərində dünyaya gəlib. İlkay və Alpay adında əkiz qardaşları var. Atası Mehmet Bületn Aksut hava qüvvələri zabiti (pilot) olub. Hərbi Məktəbi bitirib. 1993-cü ildə Hacettepe Universiteti nəzdində Ankara Dövlət Konservatoriyasını bitirib. 1994-cü ildə Antalya Dövlət teatrında işləməyə başlayıb. İlk peşəkar rolunu “Hamlet” tamaşasında oynayıb. 2006-cı ildə “Kiçik qiyamət” filminə çəkilməklə kino debütünü gerçəkləşdirib. Oynadığı rola görə 28-ci Siyad Türk Kino Mükafatlandırma mərasimində ən yaxşı ikinci plan aktyor nominasiyasında qalib olub. 2008-2012-ci illərdə aktrisa Belgin Erdoğanla evli olub. Daha çox “Kiçik qiyamət” (2006), “Xoşbəxt Ailə Albomu” (2013), “20 dəqiqə” (2013), “Biz sizə aşiq olduq” (2002) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən 2019-cu ilə qədər 39 film və serialın çəkilişi və səsləndirilməsində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/%C4%B0lker_Aksum

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç