Kvay Lunmey

Kvay Lunmey

Aktrisa

BİOQRAFİYA

Kvay Lunmey – tayvanlı kino və televiziya aktrisasıdır. 25 dekabr 1983-cü ildə Tayvanda anadan olub. Məktəbi bitirdikdən sonra Tamkan Universitetində ali təhsil alıb. Ardınca gələcək aktrisa Fransanın Lion şəhərində fəaliyyət göstərən Jan-Mulen-Lion Universitetinə daxil olub və təhsilini ölkəxaricində davam etdirib. 2004-cü ildən tayvanlı aktyor və rejissor Leon Dayla görüşür. 2002-ci ildə böyük ekranlarda “Blü Qeyt körpüsü boyunca” filmində debüt edib. Ardınca daha bir neçə ikinci dərəcəli və ya epizodik rol oynasa da, ona populyarlığı “Sirr” musiqili dramında oynadığı baş rol gətirib. Filmdə Cey Çou və Entoni Von tərəf-müqabilləri olub. Növbəti əlamətdar rollarını “Okean cənnəti” (2010) və “İnformator” (2010) filmlərində oynayıb. İkincidə oynadığı rol Kvaya “Honkonq Kino Tənqidçiləri Cəmiyyətinin Mükafatı və Çin Kinorejissorlar Gildiyasının mükafatına nominasiya qazandırıb. Bir il sonra çəkildiyi, rejissor Suy Harkanın “Uçan Qılınclar Əjdahanın Düşmənidir” filmində oynadığı rola görə isə daha üç mükafata namizəd olub. Çəkiliş meydançasını Cet Li, Çjou Sün, Luis Fan kimi tanınmış aktyorlarla bölüşüb. Habelə ilk mükafatını 2012-ci ildə “Qız və oğlan” bədii filmində oynadığı rola görə əldə edib. O Asiya-Sakit Okean Kinofestivalının mükafatına və “Qızıl at” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/kwai_lunmei/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç