Uilyam Fridkin

Uilyam Fridkin

Rejissor, prodüser, ssenarist, aktyor

BİOQRAFİYA

Uilyam Fridkin - Amerikalı rejissor və ssenarist, triller janrının böyük ustasıdır. “Cinçıxaran” (Exorcist)  və "Fransız informatoru" filmlərinin rejissoru kimi məşhurdur, bunun sayəsində Francis Ford Coppola, Michael Cimino və Peter Bogdanoviç ilə birlikdə "Yeni Hollywood"un əsas rejissorlarından sayılır. “Fransız informatoru” Fridkinə “Oskar” mükafatı qazandırıb. 29 avqust 1935-ci ildə Çikaqo şəhərində dünyaya göz açıb. Atası keçmiş dənizçi, yarım-peşəkar softbol oyunçusu və kişi geyimləri dükanı satıcısı Luis Fridkin olub. Valideynləri Rusiya imperiyasından ABŞ-a mühacirət etmiş yəhudilərdir. Atası heç vaxt ayına 400 dollardan yüksək maaş almağı və həyatının sonunu səfalət içində keçirib. Uilyamın anası xəstəxananın cərrahiyə bölməsinin tibb bacısı olub. Fridkin uşaq yaşlarında Orson Uellsin “Vətəndaş Keyn” filmi ondan dərin təəssürat yaradıb və gələcəkdə kinematoqrafiya yolunun yolçusu olmağı qarşıya məqsəd qoyub. Məktəbi bitirdikdən sonra Çikaqonun WGN-TV teleşirkətində işləməyə başlayıb. Rejissor karyerasına canlı efir və sənədli filmlər və reportajların rejissoru kimi başlayıb. İrqi zəminli nifrət və onun ağır fəsadlarından bəhs edən “Xalq Pol Krampa qarşı” adlı sənədli filmi San-Fransisko Kinofestivalının qalibi olub. 1965-ci ildə Hollivuda köçüb və “Alfred Hiçkokun saatı” teleşousunun sonuncu epizodunu çəkib. Beləcə onun böyük kinoya gəlişinin əsası qoyulub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%80%D0%B8%D0%B4%D0%BA%D0%B8%D0%BD,_%D0%A3%D0%B8%D0%BB%D1%8C%D1%8F%D0%BC

 

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç