Özgü Namal

Özgü Namal

Aktrisa

BİOQRAFİYA

Özgü Namal - türkiyəli aktrisadır. 1978-ci il dekabrın 28-də Üsküdarda (İstanbul, Türkiyə) anadan olub. 1997-ci ildən peşəkar şəkildə Masal Gerçek Teatrında uşaq tamaşalarında teatr aktrisası kimi faliyyət göstərib. Üsküdar Universitetinin dövlət konservatoriya fakültəsinin teatr ixtisasının məzunu olan Özgü Namal əvvəlcə Kadıköy Təhsil mərkəzində və Müjdat Gezen teatrında təhsil alıb. Teatr və kinoya böyük həvəsi olsa da, fotoqraf olmaq da hobbilərinə daxildir. “Kurtlar vadisi” serialında Polat Ələmdarın sevgilisi Elif Eylül obrazı ilə geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb. 2005-ci ildə rol aldığı “Kiralık oyun” teatr tamaşasındakı performansı ilə Afife Teatr mükafatlarının təqdimetmə mərasimində ilin "İkinci dərəcəli ən yaxşı musiqili və ya komediya aktrisası" nominasiyasında qalib gəlib. 2013-cü ildə ailə qurub, iki övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/%C3%96zg%C3%BC_Namal

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç