Engin Altan Düzyatan

Engin Altan Düzyatan

Aktyor

BİOQRAFİYA

Engin Altan Düzyatan 26 iyul 1979-cu ildə Türkiyənin İzmir şəhərində anadan olub. 1996-cı ildə "9 Eylül" universitetinin teatr fakültəsinə daxil olub. 2001-ci ildə bu universitetdən məzun olduqdan sonra İstanbula gəlib və DOT və Kenter Teatrlarında çalışmağa başlayıb. Bundan başqa, Diyarbəkir Dövlət Teatrında işləyib. Engin Altan "Yedditəpə İstanbul", "Koçum Mənim", "Bir bulud olsam", "Qapalıçarşı", "Son", "Yol Ayrımı və Cinayət" kimi televiziya seriallarında və "Romantik Komedi", "Romantik Komedi 2", "Bir ovuc dəniz", "Nyu-Yorkda 5 minarə", "Anadolu Qartalları", "Bu işdə bir yalnızlıq var" kimi layihələrdə iştirak edib. Eyni zamanda "Bir Milyon Canlı Para" müsabiqəsinin aparıcısı olub. TRT 1-də yayımlanan "Diriliş Ərtoğrul" teleserialında Ərtoğrul rolunu canlandırıb. 2014-cü ildə məşhur türk aktrisası Hülya Koçyiğitin qız nəvəsi, aparıcı Nəslişah Alkoçlar ilə evlənib və bu evlilikdən iki övladı var. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Engin_Altan_D%C3%BCzyatan

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç