Mariya Vinoqradova

Mariya Vinoqradova

Aktrisa

BİOQRAFİYA

Mariya Sergeyevna Vinoqradova 1987-ci ildə RSFSR Əməkdar artisti adını alıb. 13 iyul 1922-ci ildə Navoloki kəndində anadan olub. 1943-cü ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib və “Soyuzdetfilm” kinostudiyasının aktrisası olub. 1940-cı ildən etibarən ekranlara çıxır. 1945-1949-cu illərdə və 1952-1991-ci illərdə Kinoaktyorlar Studiyası teatrının aktrisası olub. 1949-1952-ci illərdə Almaniyada Sovet Qoşunlarının Dram Teatrı truppasının aktrisası olub. Sovet və post-sovet kinosunun ən məhsuldar aktrisalarından biri hesab edilib. Karyerası ərzində 100-dən çox kinofilmə çəkilib, 300-ə yaxın cizgi filminin səsləndirilməsində, həmçinin xarici filmlərin dublyajında iştirak edib. 2 iyul 1995-ci ildə Moskvada dünyasını dəyişib. Xovansk məzarlığında əri – sovet aktyoru Sergey Qolovanıvın yanında dəfn olunub. Qızı aktrisa Olqa Qolovanovadır. O anasının tutduğu yolu davam edərək, xarici filmlərin və cizgi filmlərinin dublyajı ilə məşğul olur. “Disney”in “Ledi və Dilənçi” Ledi personajını, “Sağ qalmaq” populyar serialında bir neçə qadın obrazını səsləndirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D0%BD%D0%BE%D0%B3%D1%80%D0%B0%D0%B4%D0%BE%D0%B2%D0%B0,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D1%8F_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç