Boris Bedniy

Boris Bedniy

Yazıçı

BİOQRAFİYA

Boris Vasilyeviç Bednıy (1916-1977) – Sovet yazıçısıdır. 12 bəzi məlumatlara görə 25 avqust 1916-cı ildə Krasnodar diyarının Yaroslavl qəsəbəsində müəllim ailəsində anadan olub. Maykop meşə texnikomunu bitirib, 1941-ci ildə Leninqrad meşə-texniki akademiyasının məzunu olub. Təhsili başa vurduqdan sonra Bednıy Komi MSSR-ə köçüb və orada “Vıçeqsplav” trestinin mühəndisi olub. 25 oktyabr 1941-ci ildə Qızıl orduya çağırılıb. Puxoviç piyada məktəbində 4 aylıq kiçik leytenant kurslarını bitirib. 1942-ci ildən Voronej cəbhəsində 100-cü atıcı diviziyanın 454-cü atıcı bölüyünün komandiri olub. 31 iyul, 1 avqust, 6 avqust, 7 avqust (1942) döyüşlərindən göstərdiyi şücayətə görə (düşmən həmlələrinin dəf edilməsi, düşmənin istintaq nöqtələrinin ələ keçirilməsi və s.) Lenin ordeni ilə təltif edilib. 1942-ci il ilin avqust ayında əsir düşsə də, özünü mərd şəkildə aparıb. Ancaq müharibənin son aylarına kimi onu döyüşdə həlak olmuş biliblər. 1945-ci ilin aprel ayında əsir düşərgəsindən azad edildikdən sonra təxris olunub. Təxris olunduqdan sonra Boris Bednıy meşə sənayesindəki fəaliyyətini davam etdirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%B4%D0%BD%D1%8B%D0%B9,_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç