Nikolay Rıbnikov

Nikolay Rıbnikov

Aktyor

BİOQRAFİYA

Nikolay Nikolayeviç Rıbnikov – sovet teatr və kino aktyoru, RSFSR Xalq artistidir. Nikolay Nikolayeviç Rıbnikov 13 dekabr 1930-cu ildə Voronej vilayətində anadan olub. Atası Nikolay Nikolayeviç Rıbnikov (böyük) Vətən müharibəsinə qədər Borisoqlebsk dram teatrının aktyoru olub. Anası Klavadiya Aleksandrovna  evdar xanım olub. 1942-ci ildə ərinin könüllü olaraq cəbhəyə getməsindən sonra iki oğlunu o cümlədən Nikolayı götürərək, Borisoqlebskdən bacısının yanına Stalinqrada köçüb. Ancaq sonradan Faşistlərin şəhəri mühasirəyə almasından sonra oradan da qaçmalı olublar. 1944-cü ildə Nikolay səkkizinci sinfi bitirib. Həmin vaxt atası müharibədə həlak olmuşda. Ardınca isə qardaşlar analarını da itirərək, yetim qalırlar. Müharibədən sonra Nikolay Stalinqrada qayıdır və 5 nömrəli məktəbdə oxuyur. Məktəb tamaşalarında aktyorluğa olan istedadını ortaya qoyur. Gənclik illərində Stalinqrad Dram Teatrının köməkçi heyətinin aktyoru kimi özünü sınayıb. Məktəbi bitirdikdən sonra Stalinqrad Tibb İnstitutuna daxil olub. Ancaq 1948-ci ildə artist olmağı qət edərək, Moskvaya köçüb və orada Ümumrusiya Dövlət Kinomatoqrafiya İnstitutuna daxil olub. Ali təhsil ocağını 1953-cü ildə bitirib. Elə məzun olduğu ildən Kinoaktyorlar Studiya-Teatrının aktyoru olub. Daha çox 60-cı illərdə çəkildiyi Sovet istehsalı olan bədii filmlərdə oynadığı rollarla, xüsusilə “Qızlar” romantik komediyasında oynadığı baş rolla yadda qalıb. 1970-1980-ci illərdə nadir hallarda kinoya çəkilib, çəkiləndə belə ona yalnız kiçik və ya ümumiyyətlə epizodik rollar nəsib olub. Həyatının son illərinə yaxın ən əlamətdar rollarından biri, 1985-ci ildə ekranlara çıxan “Kapitana ərəg getmək” filmində təqaüdçü Kondratiy Petroviç rolu olur. Rıbnikov 22 oktyabr 1990-cı ildə ürək tutması nəticəsində vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%8B%D0%B1%D0%BD%D0%B8%D0%BA%D0%BE%D0%B2,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B9_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç