Tilbe Saran

Tilbe Saran

Aktrisa, ssenarist

BİOQRAFİYA

Tilbe Saran – türkiyəki teatr, kino, televiziya və səsləndirmə aktrisasıdır. 21 may 1961-ci ildə İstanbul şəhərində anadan olub. Saint Benoit fransız litseyini bitirdikdən sonra İstanbul Universitetinin sənət tarixi bölməsinə daxil olub. Bundan başqa İstanbul Bələdiyyə Konservatoriyasının teatr bölməsinin məzunudur. Dormen teatrı, Kənd Oyunçuları teatrı, İstanbul Şəhər Teatrları, Aksanat Prodakşn Teatrı və başqa teatrların səhnəsinə çıxıb. Aksanat Prodakşn teatrını Cüneyt Türl və İşıl Kasapoğlu ilə birlikdə təsis edib. Radio və teletamaşalarda, serial və kinolarda iştirak etməklə yanaşı ara-sıra dubyaj, səsləndirmə ilə məşğul olur, müəllimlik edir. Hazırda Kadir Has Universitetinin teatr bölməsinin pedaqoqudur.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Tilbe_Saran

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç