Aleksandr Başirov

Aleksandr Başirov

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Aleksandr Nikolayeviç Başirov — sovet və rus kino, televiziya, dublyaj aktyoru, kinorejissor, ssenarist, prodüser və klipmeykerdir. 24 sentyabr 1955-ci il SSRİ, RSFSR Tümen vilayəti Soqom kəndində anadan olub. 1990-1991-ci illərdə Kolumbiya Universitetində ingilis dili kurslarını keçib. Nyu-Yorkda “Berqhof-studiyasında” Lourens Aransionun rəhbərliyi altında aktyorluq dərsləri alıb. Sergey Kuryoxinin teatr tamaşalarında iştirak edib. 1996-cı ildə Sankt-Peterburqda “Deboşırfilm” studiyasını təsis edib. Bədii rəhbərdir və aktyor-rejissor dərsləri keçir. 1998-ci ildə Sankt-Peterburqda “Təmiz röya” müstəqil kino festivalının təsisçisi olub. 1999-cu ildə “Belqrad, Belqrad” sənədli filmini çəkib. 2014-cü ildə Donbassa yollanaraq “Donbass ürəyimizlə döyünür” adlı filmini çəkir. “Kolibri” qrupunun solisti İnna Volkova ilə evlidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Баширов,_Александр_Николаевич

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç