Valentin Vasenkov

Valentin Vasenkov

Bəstəkar

BİOQRAFİYA

Valentin Vasilyeviç Vasenkov 26 aprel 1953-cü ildə Rusiyada anadan olub. “Melnitsa” studiyasının təsisçilərindən biri və ilk direktorudur. 1973-cü ildə Volqoqrad İncəsənət Peşə Məktəbini bitirib. 1992-ci ildə Aleksandr Boyarski ilə birlikdə “Lennauçfilm” kinostudiyasının bazasında “Midi-Sinema” səsyazma studiyasını yaradıb. Orada rəssam-multiplikatorlar Renat Qazizov, Konstantin Bronzitlə tanış olduqdan sonra cizgi filmlərinin yaradılması üzərində işlərə başlayıblar. Nəticədə Boyarski özəl animasiya studiyası açmaq fikrinə düşür. 1998-ci ildə Vasenkov və Boyarski “Melnitsa” animasiya studiyası şirkətini təsis edirlər. Vasenkov onun direktoru və səhmdarı olur. “Melnitsa” studiyasının buraxdığı əksər cizgi filmlərinin bəstəkarı məhz Vasenkovdur. Daha çox “Üç bahadır” silsiləsindən olan ilk üç cizgi filmlərinə yazdığı musiqi ilə tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D1%81%D0%B5%D0%BD%D0%BA%D0%BE%D0%B2,_%D0%92%D0%B0%D0%BB%D0%B5%D0%BD%D1%82%D0%B8%D0%BD_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç