Daniel Pru

Daniel Pru

Aktrisa

BİOQRAFİYA

Daniel Pru - kanadalı aktrisadır. 12 oktyabr 1952-ci ildə Monrealda anadan olub. Bir çox mükafatlara layiq görülüb. Reymond Klauterlə ailəlidir. Oğlu Eile Pru-Klotye aktyordur. 1991-ci ildə "Love Crazy" və 2005-ci ildə C.R.A.Z.Y. filmlərində ən yaxşı ikincidərəli qadın roluna görə "Genie Award" mükafatına layiq görülüb. 2011–ci ildə Filipp Falardonun “Müsyo Lazar” filmində çəkilib. Filmdə Əlcəzairdən mühacir olan Bahir Lazar məktəblərin birində ibtidai sinif müəllimi işinə qəbul edilir. Bir neçə müddət öncə faciəli şəkildə vəfat etmiş müəlliməni əvəz edəcək. Bahir nəinki müəllimlik etməli, eyni zamanda sevimli müəllimlərini itirmiş kövrək uşaq ruhuna məlhəm tapmalıdır. Məktəbdə isə yeni müəllimin keçmiş həyatı heç kəsə məlum deyil. Acınacaqlı durumda olan müəllimin öz həyatı ürəksarsıdıcıdır. Belə ki, istənilən an ölkədən deportasiya edilə bilər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Danielle_Proulx

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç