Con Lequizamo

Con Lequizamo

Aktyor, müğənni, prodüser, ssenarist

BİOQRAFİYA

Con Lequizamo 22 iyul 1964-cü ildə Kolumbiyanın Boqota şəhərində anadan olub. Özünün dediyinə görə, atası italyan, anası isə livanlıdır. Orta məktəbi bitirdikdən sonra Li Strasberq İnstitutunda oxuyub (Herbert Berqhofun studiyasında). Daha sonra Nyu-York Universitetində aktyorluq sənəti üzrə təhsil alıb. Müxtəlif komediya şoularında yaratdığı duzlu-məzəli obrazlarla gənclər arasında populyarlaşıb. Bir neçə il ərzində müxtəlif klublarda stendap monoloqları ilə çıxış edib. Həmçinin bir neçə müstəqil filmə çəkilib. Böyük kinoda debütü 1989-cu ilə təsadüf edir, “Hərbi itkilər” adlı filmdə epizodik rol oynayıb. Yaratdığı obrazla rejissorların diqqətini çəkib. Hollivud filmlərində latın-amerikalı antaqonist rollara dəvətlər almağa başlayır. Daha çox "Ziyanverici" (1997), “Romeo + Culyetta” (1996), “Spaun” (1997), “Mulen Ruj (2001), "Conni Uik 2" (2017), "Conni Uik" (2014) filmlərində oynadığı rollara görə tanınır. Həmçinin “Nəsil şəcərəsi” (Bloodline – 2016-2017) populyar kriminal serialda yaratdığı Ozzi Delvekio obrazı ilə yadda qalıb. “Buz dövrü” məşhur cizgi filmi franşizasında ərincək Sid personajını səsləndirib. Kunq-Fu ilə peşəkarcasına məşğul olub. Dələduzluq əməllərinə görə bir neçə dəfə həbs olunub. 90-cı illərdə aktrisa İelbe Osorio ilə evli olub. Onunla yollarını ayırdıqdan sonra daşınmaz əmlak agenti Castin Morer ilə evlənib. “Emmi” mükafatı laureatıdır.

Ətraflı məluma üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Leguizamo

 

 

 

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç