Gennadi Kazanski

Gennadi Kazanski

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Gennadi Sergeyeviç Kazanski – sovet kinorejissorudur. 1974-cü ildə RSFSR əməkdar incəsənət xadimi adını alıb. 1964-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. G.S.Kazanski 18 noyabr 1910-cu ildə Voronejdə (Rusiya) anadan olub. 1930-cu ildə Leninqrad incəsənət tarixi institutunda sənətşünaslıq kurslarını bitirib. Leninqrad Dram İncəsənət Texnikumunda assistent işləyib. 1931-ci ildən kino sahəsində çalışıb. “Lenfilm” kinostudiyasında əvvəl rejissor köməkçisi işləyib, 1937-ci ildən isə quruluşçu rejissor olub. Müharibə vaxtı “Lenfilm” və “Mosfilm”in digər əməkdaşları ilə birgə Alma-Atada evakuasiyada olub. Orada Mərkəzi Birləşmiş Bədii filmlər Kinostudiyasında işləyib. 1944-cü ildə Leninqrada (indiki Sankt Peterburq) geri dönüb və “Lenfilm” studiyasında rejissor fəaliyyətini davam etdirib. 1946-1947-ci illərdə Aşqabad kinostudiyasının əməkdaşı olub, sonradan yenidən “Lenfilm”ə geri qayıdıb və ömrünün sonuna kimi orada çalışıb. Kazanski SSRİ-nin kult filmlərindən birinə çevrilmiş “Qoca Xəttabıç” kino-nağılının rejissoru kimi məşhurdur. 14 sentyabr 1983-cü ildə vəfat edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Gennadi_Kazansky

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç