Çad Stahelski

Çad Stahelski

Rejissor, aktyor

BİOQRAFİYA

Çad Stahelski 20 sentyabr 1968-ci ildə ABŞ-da anadan olub. 1994-cü ildə Aleks Proyasın “Qarğa” filminin çəkilişlərində iştirak edib. Filmin çəkilişlərinin bitməsinə az qalmış baş rolu canlandıran Brendon Linin bədbəxt hadisə nəticəsində həlak olmasından sonra Çad Stahelski onun dublyoru kimi qalan səhnələri canlandırıb. Sonradan xüsusi effektlər vasitəsilə Stahelskiyə Brendon Linin sifəti qoyulub. 1999-cu “Matrisa” filmində Kianu Rivzin 2005-ci ildə “V - vendetta deməkdir” filmində Hüqo Uivinqin dublyoru olub. 2014-cu ildə “Con Uik” filmində Stahelski yenidən Kianu Rivzlə birlikdə işləyir - amma bu dəfə rejissor qismində. Çad Stahelski həmçinin 2017-ci ildə çəkilən “Con Uik 2” filminin rejissorudur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chad_Stahelski

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç