İqor Uqolnikov

İqor Uqolnikov

Prodüser, ssenarist, aktyor

BİOQRAFİYA

İqor Stanislavoviç Uqolnikov – sovet və rusiya aktyoru, teatr, kino və televiziya rejissoru, ssenarist, prodüser, teleaparıcı və şoumendir.  2016-cı ildə Rusiya Federasiyasının Əməkdar Artisti adını alıb. Beynəlxalq Televiziya və Radio Akademiyasının (RF) akademikidir. “Voenfilm” kinostudiyasının baş direktorudur. Rusiyada 90-cı illərdə “Oba-na”, “Doktor Uqol”, “Dobrıy Veçer s İqorem Uqolnikovım” kimi verlişlərinin aparıcısı kimi məşhurlaşıb. Həmçinin uzun müddət KVN Yuxarı Liqasının oyunlarında münsiflər heyətinin üzvü qismində iştirak edib. 15 dekabr 1962-ci ildə Moskada anadan olub. Ata tərəfi əslən Arxangelsk vilayətindəndir. 1984-cü ildə Rusiyanın Dövlət Teatr İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1984-1988-ci illərdə Qoqol adına teatrın aktyoru olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B3%D0%BE%D0%BB%D1%8C%D0%BD%D0%B8%D0%BA%D0%BE%D0%B2,_%D0%98%D0%B3%D0%BE%D1%80%D1%8C_%D0%A1%D1%82%D0%B0%D0%BD%D0%B8%D1%81%D0%BB%D0%B0%D0%B2%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç