Pelin Batu

Pelin Batu

Aktrisa

BİOQRAFİYA

Pelin Batu – türkiyəli aktrisa, tarixşünas və incəsənətşünasdır. 27 dekabr 1978-ci ildə Türkiyənin Ankara şəhərində diplomat ailəsində dünyaya göz açıb. Atası İnal Batu Böyük Millət Məclisi deputatı və Türkiyənin İtaliya, Pakistan, Çexiya, Fransa və ABŞ kimi ölkələrdə səfiri olub. Anası əslən albandır. Atasının diplomatik fəaliyyəti ilə əlaqədar uşaqlığının çox hissəsini ölkə xaricində keçirib. Nyu-Yorkun Mannes musiqi kollecində oxuyub. Daha sonra musiqi təhsilini Ankara konservatoriyasında davam etdirib. Nyu-York universitetində və Fransanın Sorbon universitetində ədəbiyyət və fəlsəfə üzrə alıi təhsil alıb. Həmçinin Türkiyənin Bosfor universitetində tarixşünaslığı oxuyub. 1999-cu ildən kinofilm və teleseriallara çəkilib. Böyük ekranlardan debütünü türk əsilli italyan rejissor Fərzan Özpətəyin “Sonuncu hərəm” adlı filmində gerçəkləşdirib. Əhmət Almazla birlikdə “İudaizm tarixi” adlı tarixi araşdırma kitabını çap etdirib. 2008-ci ildə “Haberturk” telekanalında “Kısa Devre” adlı verilişin aparıcısı olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/w/asia/223865/bio/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç