Yuriy Surilo

Yuriy Surilo

Aktyor

BİOQRAFİYA

Yuriy Surilo – rusiyalı televiziya, teatr və kino aktyorudur. 10 dekabr 1946-cı ildə Vladimir vilayətinin Vyazniki şəhərində anadan olub. Doğum haqqında şəhadətnaməsinə əsasən atası rumın olsa da, əslində qaraçıdır. İkinci dünya müharibəsi zamanı taboru ilə birlikdə qaraçıları qıran faşistlərdən qaçıb. Rusiyaya SFSR-a pənah gətirən atası orada rusiyalı qadın (Yuriyin anası) ilə evlənir. Valideynləri az müddət birlikdə olublar. Atası həbsə düşdükdən sonra, anası başqa kişiyə qoşulub qaçır və azyaşlı Yuriyi anasının himayəsinə buraxır. Nənəsinin əmək təqaüdü hesabına dolandıqlarından, maddi vəziyyətləri çox ağır olub. Ona görə ön dörd yaşında olanda axşam ümumtəhsil məktəbinə keçib və işə düzəlib. Xeyli müddət fəhləlik edib, ağır sənaye sahəsində çalışıb. 1973-cü ildə Yaroslavl teatr peşə məktəbini bitirib. Novqorod teatrının truppasına qəbul olunub, orada “Şüşədən heyvanxana” tamaşasında böyük rolda debüt edib. Daha sonra Qorki, Novosibirsk, Norils kimi teatrlarda səhnəyə çıxıb, ardınca Novqorod teatrına qayıdıb. 80-dən çox tamaşada rolu olub. Bundan başqa Sank-Peterburqun Aleksandrinsk teatrının aktyoru olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/m/ros/4690/bio/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç