Baris Falay

Baris Falay

Aktyor

BİOQRAFİYA

Barış Falay – türkiyəli aktyordur. Aktyor kimi çox gec tanınıb. Peşəkarlığına söz olmasa da, yalnız 39 yaşında, 16 illik aktyorluq karyerasından sonra məşhurlaşa bilib. Onun iştirakı ilə on beş serial və üç tammetrajlı film çəkilib. Barış Falay 9 aprel 1972–ci ildə Egey dənizinin şimal sahilyanı ərazisində yerləşən və əhalisinin sayı 10 mindən artıq olan qədim Erdemit şəhərciyində anadan olub. Barış Ankara Universitetinin filologiya fakültəsini bitirib. Təhsilini bitirdikdən sonra gənc Türkiyə Dövlət teatrında xidmətə başlayır. Bir müddət Falay teatr məktəbi tələbələrinə dərs deyib. 25 yaşında İzmit şəhər teatrına gəlir. Bir sıra tamaşalarda oynayır. Onun ilk tamaşası “Hamlet” olub. Özünü rejissor kimi sınayıb “Su pərisi haqqında nağıl”, “Yay günü yuxu” tamaşalarını qoyur. Vaxt keçdikdə aktyor televiziyaya gəlir. İlk əvvəl kiçik, epizodik rollarda çəkilir. Ancaq zaman ötdükcə bacarığı sayəsində gənc aktyor baş rollara dəvət almağa başlayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://turkiapro.ru/barysh-falaj/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç