Yuliy Dunski

Yuliy Dunski

Ssenarist

BİOQRAFİYA
Yuli Dunski - Sovet senaristi, Rusiyanın əməkdar incəsənət xadimidir (1976). 22 iyul 1922-ci ildə Moskvada anadan olub. Anası Dunskaya Minna Solomonvnadır. 1940-ci ildə Yuli Dunski Ali Kino İncəsənət Məktəbinə daxil olub. 1944-cü ildə nəzəri kurs üzrə imtahanlarını vaxtından əvvəl verib və könüllü olaraq cəhbəyə yollanıb. 1944-cü ildə həbs olunub.  Onu anti-sovet gənclər hərəkatına üzv olmaqda və terror planlaşdırmaqda ittiham ediblər. 1956-cı ildə sərbəst buraxılıb. 1957-ci ildə Moskvaya qayıdıb. Tezliklə diplomun müdafiəsini yerinə yetirərək, məzun olub. Yaradıcılığının böyük hissəsini dostu və həmkarı Valeriy Fridlə əməkdaşlıq edib. 10 ildən çox astmadan əziyyət çəkib. 23 mart 1982-ci ildə özünü ov tüfəngindən güllələməklə həyatına son qoyub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%83%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%AE%D0%BB%D0%B8%D0%B9_%D0%A2%D0%B5%D0%BE%D0%B4%D0%BE%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç