Erik Balfur

Erik Balfur

Aktyor

BİOQRAFİYA

Erik Zaltyer Balfur – amerikalı müğənni və aktyordur. Daha çox “Skaylayn” elmi-fantastik filmində oynadığı rolla məşhurlaşıb. Balfur 24 aprel 1977-ci ildə Los-Ancelesdə yəhudi ailəsində anadan olub. Atası loğman, anası ailə və nikah məsələləri üzrə müşavir olub. Tori adlı kiçik bacısı var. Balfur 14 yaşından kinoya çəkilməyə başlayıb. “Kids incorporated” serialından sonra bir neçə teleserialda, o cümlədən “Addım ba addım”, “Doktor Kuinn, qadın həkim”, “Baffi Vampir ovçusu” və “Douson buxtası” seriallarında müxtəlif obrazları canlandırıb. Balfura şöhrəti “Mənimlə yat” erotik melodramında oynadığı rol gətirib. 2010-2015-ci illərdə Balfur Stiven Kinqin “Kolorado övladı” romanı əsasında çəkilmiş “Heyven” teleserialında çəkilib. “Fredabla” kimi tanınan “Born as Ghosts” rok kollektivinin vokalisti olub. 90-cı illərdə “Blessed with Soul” qrupunda çıxış edib. 30 may 2015-ci ildə beş illik vətəndaş nikahından sonra dizayner Erin Çiamulon ilə münasibətlərini rəsmiləşdirib. 2 avqust 2018-ci ildə cütlüyün Oliver Layon adlı oğlu dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%BB%D1%8C%D1%84%D1%83%D1%80,_%D0%AD%D1%80%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç