Kenan Ece

Kenan Ece

Aktyor

BİOQRAFİYA

Kenan Cahit Ece – türkiyəli kino və televiziya aktyorudur. 24 dekabr 1980-ci ildə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində anadan olub. Avstriya Litseyini bitirdikdən sonra 2004-cü ildə ABŞ-da Devidson Kollecində teatr və iqtisadiyyat üzrə ali təhsil alıb. Tələbə olduğu illərdə bir çox rollar alıb. Məzun olduqdan sonra dörd il Dublində yaşayıb. Gaeity School of Acting və Irish Film Academy kinoakademiyasında aktyorluq sənəti üzrə təhsilini davam etdirib. İrlandiyanın ən populyar seriallarından sayılan “Fair City”nin 13 epizoduna çəkilib. Daha sonra “The Abbey” İrlandiya Dövlət Teatrında işləyib. Türkiyəyə geri qayıtdıqdan sonra Yusuf Kürçenlinin “Qəlbindən soruş” dramına baş rola çəkilib. Bundan başqa “Samanyolu”, “Dəli Saraylı”, “İzmir çətəsi”, “Krem”, “Qəlb oğrusu” kimi teleserialların aktyor heyətində özünəməxsus yer tutub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Kenan_Ece

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç