Ceyn Perri

Ceyn Perri

Aktrisa

BİOQRAFİYA

Ceyn Perri – kanadalı aktrisadır. Kanadanın Kalyari şəhərində anadan olub. İrland və britan əsillidir. Məktəbi bitirdikdən sonra Viktoriya Universitetinin teatr fakültəsində klassik aktyorluq üzrə ali təhsil alıb. Ardınca Vankuverdə, “Studiya 58” də bakalavr dərəcəsi əldə edib. Perri Kanada, İngiltərə, İrlandiya, İspaniya, Hollandiya, Litva, CAR, Tailan, İsveç, Rumıniya, Bolqarıstan, Fransa teatrlarında səhnəyə çıxıb. Həmçinin Şimali İrlandiya, Almaniya və Rusiyaya qastrol səfərləri olub. Kino və teatr işi ilə yanaşı, video oyunlarda müxtəlif personajların səsləndirilməsi ilə də məşğul olur. “Hitmen”, “Yadlar: Təcridolunma” və sair video oyun layihələrində çalışıb. Ceyn 1979-cu ildən kinoya çəkilir. 90-cı illərdə “Məxfi Materiallar” serialında kiçik rol alıb. 2008-ci ildə “Dostları itirməyin və nifrət qazanmağın yolu” romantik komediyasında missis Hardinq rolunu oynayıb. 2013-cü ildə Perri “Dünya müharibəsi Z” filminin çəkilişi və səsləndirilməsində iştirak edib. 2017-ci ildə “Borq/Makinroy” bayopikində Ceyn Key Makinroy rolunu oynayıb, onun çəkiliş meydanındakı partnyorları Şaya Labaf, Stellan Skarsqard, Sverrir Qudnason, Tuva Novotnı, Robert Emms olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15494440001/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç