Paolo Virzi

Paolo Virzi

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Paolo Virzi 4 mart 1964-cü ildə İtaliyanın Livorno şəhərində anadan olub. Atası Siciliya polisi anası müğənni olub. Uşaqlığını İtaliyanın şimalında Turində keçirib. Sonradan Livornaya qayıdıb və Le Sorgenti fəhlə sinfinə məxsus rayonda boya-başa çatıb. Uşaqlıq illərindən bəri əlindən “qələm düşməyib”, ədəbiyyata və ümumiyyətlə yazıçılığa böyük maraq göstərib. Virzi rejissor debütünü 1994-cü ildə “Gözəl həyat” filmində həyata keçirib. İlk tammetrajlı bədii filmi italiyanın fəhlə sinfində yaşanan məhəbbət üçbucağından bəhs edir. Lentə Sabrina Ferilli və Massimo Gini kimi məşhurlar çəkilib. Film 1994-cü ildə Beynəlxalq Venetsiya kinofestivalında təqdim olunub, “Qızıl şax-şax”, “Gümüş lent”, “David Di Donatello” (ən yaxşı rejissor debütü) mükafatlarına layiq görülüb. Sözü gedən film rejissorun karyera yüksəlişində müstəsna rol oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D1%80%D0%B4%D0%B7%D0%B8,_%D0%9F%D0%B0%D0%BE%D0%BB%D0%BE

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç