Fabrisio Bentivolyo

Fabrisio Bentivolyo

Aktyor

BİOQRAFİYA

Fabrisio Bentivolyo – italiyalı teatr və kino aktyoru, rejissor və ssenaristdir. Müasir italiya kinosunun ən uğurlu aktyorlarından sayılır. Aktyorluq karyerası ərzində 60-dan çox kinofilm, telefilm və teleseriala çəkilib. Çoxsaylı milli və beynəlxalq mükafatların və festivalların qalibidir. Fabrisio Bentivolyo 4 yanvar 1957-ci ildə İtaliyanın Milan şəhərində anadan olub. Ailənin yeganə övladıdır. Atası stomatoloq işləyib, anası evdar xanım olub. Leonardo Da Vinçi adına orta məktəbdə oxuduğu illərdə musiqi və futbola böyük həvəs göstərib. Orta təhsili başa vurduqdan sonra 1970-71-ci illərdə İnter Milan klubunun dublyorlarında bir mövsüm oynayıb. Ancaq dizindən aldığı xəsarətlə əlaqədar idmançı karyerasını vaxtından əvvəl dayandırmalı olub. Tezliklə “Pikkolo-teatr” teatr məktəbinə daxil olub. Aktyorluq debütü elə orada baş tutub. 1980-ci ildə ilk dəfə kinoda görüntülənib. Alfredo Cianettinin “Mavigözlü quldur”  filmində rol alıb. Çəkiliş meydanını Franko Nero və Dalila di Lazzaro kimi məşhurlarla bölüşüb. “Mərakeş ekspressi” filmindəki çıxışından sonra rejissor Qabriel Salvatoreslə uzunillik əməkdaşlığı başlayıb. Dieqo Abatantuone kimi oda da rejissorun ən sevdiyi aktyorlardandır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BD%D1%82%D0%B8%D0%B2%D0%BE%D0%BB%D1%8C%D0%BE,_%D0%A4%D0%B0%D0%B1%D1%80%D0%B8%D1%86%D0%B8%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç