Kolin Eqlsfild

Kolin Eqlsfild

Aktyor

BİOQRAFİYA

Kolin Eqlsfild - amerikalı aktyordur. Daha çox “Bütün uşaqları” serialında həkim Coş Medden rolu ilə tanınır. Bundan başqa “Melrouz pleys” serialında Oqqi Kirkpatrik, “Kirayə ər” filmində Deks rolu ilə yadda qalıb. Kolin 9 fevral 1973-cü ildə Miçiqan ştatının Farminqton-Hils şəhərində anadan olub. Uşaqlığı Miçiqan ştatının cənub dairəsi olan Metro Detroitdə keçib. 10 yaşında olanda valideynləri İllinoys ştatının Krit şəhərinə köçüb. Erkən yaşlarından atası kimi fizik olmağı arzulasa da, sonradan aktyorluğa meyl salıb. Uşaqlıqda sakit uşaq olub. Axşamları çox hallarda evdə keçirərək, təyyarə modelləri yığıb. Gəncliyində olduqca utancaq olub. Özünün dediyinə görə, utancaqlıq kompleksindən qurtulmasında ona futbol üzrə məşqçisi kömək edib. Eqlsfild katolik məktəbini (Çikaqo) bitirib, daha sonra Ayova Universitetinə daxil olub. Tibb elmləri üzrə bakalavr dərəcəsi aldıqdan sonra avtostopla Avropa səyahətinə çıxıb. Aktyor hal-hazırda Los-Ancelesdə yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%98%D0%B3%D0%B3%D0%BB%D1%81%D1%84%D0%B8%D0%BB%D0%B4,_%D0%9A%D0%BE%D0%BB%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç