Sinem Kobal

Sinem Kobal

Aktrisa

BİOQRAFİYA

Sinem Kobal 14 avqust 1987-ci ildə Türkiyədə doğulub. Əslən Rizə, həmşinli bir ailənin qızıdır. Atası inşaat mühəndisi, anası ev xanımıdır. Sinem Kobal dörd yaşında "Alper" balet məktəbində başladığı balet təhsilini səkkiz il davam etdirib. Royal Akademiyasından diplom alıb. "İstəf" Fondu Xüsusi Badamlı Liseyini 2001-ci ildə bitirib. Sinem Kobal məktəbdə şagirdkən voleybolda ikinci, stepdə birinci yer tutub. İndi isə latın rəqsləri və aykido idmanı ilə məşğuldur. "Dadı" serialı ilə məşhurlaşan aktrisa, bir çox seriallarda, filmlərdə və reklamlarda rol almağa başlayıb. 2009-cu ildən məşhur futbolçu Arda Turanla görüşməyə başlayan Sinem, 2012-ci ilin dekabrında məşhur futbolçu ilə nişanlanır. Evlənəcəkləri gözlənilən cütlük qısqanclıq səbəbindən ayrılırlar. Daha sonra Sinem Kobal aktyor İbrahim Çelikkolla sevgili olur. Lakin cütlüklər qısa müddət sonra ayrılırlar. Sinem Kobal aktyor Kənan İmirzalıoğlu ilə görüşməyə başlayır. Cütlük 14 may 2016-ci ildə evlənirlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Sin%D3%99m_Kobal

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç