Ketayun Riahi

Ketayun Riahi

Aktrisa

BİOQRAFİYA

Ketayun Riahi (fars. کتایون ریاحی‎) – iranlı kino və televiziya aktrisasıdır. Ən yaxşı qadın rolu nominasiyasında bir sıra mükafatların laureatı və nominantı olub. Daha sonralar ictimai xadim və xeyriyyəçi olub. Komak Charity Foundation xeyriyyə fondunun təsisçisi və rəhbəridir. Ketayun Riahi 31 dekabr 1961-ci ildə Tehranda anadan olub. Ədəbiyyat və antropologiya üzrə ali təhsil alıb, bir neçə il ərzində ədəbiyyatla məşğul olsa da, sonradan aktyorluq sənətinə meyl salıb. 1985-ci ildə ilk dəfə olaraq “Qonşuluqdakı kölgə” serialına çəkilib. 1987-ci ildən böyük ekranlara çıxır. Debüt filmlərindən sayılan “Payız”da canlandırdığı obraz ona “Büllur Simurq” mükafatına namizədlik qazandırıb. 2002-ci ildə “Gizli axşam” filmində oynadığı rola görə “Qahirə beynəlxalq festivalında ən yaxşı aktrisa nominasiyasında mükafatçı olub, həmçinin bir daha “Fəcr kinofestivalının” “Büllur simurq” mükafatına nominant olub. Azərbaycan tamaşaçısı onu daha çox “Yusif peyğəmbər” serialından tanıyır. Aktrisa 2009-cu ildə karyerasına (kino və televiziya) son qoyub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Katayoun_Riahi

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç