Məsut Mertcan

Məsut Mertcan

Aktyor

BİOQRAFİYA

Məsut Mertcan - türkiyəli aktyor, jurnalist, teleaparıcıdır. “TRT”, “Star”, “Kanal 6”, “Kanal 9”, “Ulusal Kanal” kimi telekanallarda xəbərlər proqramının aparıcısı olub. 15 sentyabr 1946-cı ildə Adanada anadan olub. Ankaranın Qazi Universitetində ingilis dili bölməsində oxusa da, təhsili yarımçıq buraxıb. TRT-də 1973-cü ildən işləməyə başlayıb. 12 sentyabr 1980-ci il dövlət çevrilişi cəhdi zamanı hərbçilərin bəyanatını TRT ekranlarında oxuyub. 1987-ci ildə deputatlığa namizəd olub. Adanada qocalar evində qalan zaman, son arzusu olaraq TRT ekranlarında “Ana haber”in bir buraxılışını aparıb. 25 avqust 2017-ci ildə qocalar evində dünyasını dəyişib. Aktyor və jurnalist Akkapı məzarlığında dəfn edilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Mesut_Mertcan

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç