Krişan Çander

Krişan Çander

Ssenarist

BİOQRAFİYA

Krişan Çandar – hindistanlı yazıçı və ssenaristdir. Urdu və hindi dillərində yazıb. Onun qələmindən 20-dən çox roman, 30 hekayələr toplusu çıxıb. Bir sıra radiotamaşaların müəllifi olub. Həmçinin bir çox hind filmlərinə ssenari yazıb. 19 noyabr 1913-cü ildə Vəzirabadda anadan olub. Uşaqlığı Kəşmirin Punçe şəhərində keçib, orada atası yerli maharacanın şəxsi həkimi işləyib. 1930-cı illərin birinci yarısında Lahorun Farmana xristian kollecində oxuyub. 1934-cü ildə oranı bitirib. Kollecdə bir müddət yerli ingilis dilli jurnalında redaktoru olub, ingilis dili ədəbiyyatı ilə maraqlanıb. 1932-ci ildə jurnalın urdu dilli bölməsində ilk hekayəsini – “Sadhu”nu dərc edib. Əsərlərində əsas diqqət yoxsul hindlilərin ağır həyat şəraitinə və hind kasta sisteminin pislənilməsinə yönəlib. Bundan başqa digər mövzularda da, o cümlədən tarix janrında roman və hekayələri var. Hindistanın Britaniya müstəmləkəsindən azad olunmasından sonra Pakistan və Hindistana bölünməsi də onun əsərlərində kəskin təzahürünü tapır. Çandaranın əsərləri Hindistanda 16 yerli dildə həmçinin bir sıra xarici dillərdə çap olunub. Həyatla vidalaşdığı günə kimi qələm başında olub. Krişan Çandar 8 mart 1977-ci ildə makroinfarktdan dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B0%D0%BD%D0%B4%D0%B0%D1%80,_%D0%9A%D1%80%D0%B8%D1%88%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç