Sergey Qorobçenko

Sergey Qorobçenko

Aktyor

BİOQRAFİYA

Sergey Borisoviç Qorobçenko - rusiyalı teatr və kino aktyorudur. Sergey Qorobçenko 29 iyul 1972-ci ildə Rusiyanın Sverdlovsk vilayətində anadan olub. Atası – Boris Petroviç Qorobçenko sürücü olub, anası Nina Aleksandrovna – mühəndis-iqtisadçıdır. Məktəbdə oxuduğu illərdə ən fəal şagirdlərdən olub. Voleybolla məşğul olub, musiqi məktəbinə gedib. 1989-1991-ci illərdə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda oxuyub. Ancaq çox keçmədən təhsilini yarımçıq qoyaraq Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna qəbul olunub. İnstitutu bitirdikdən sonra 2000-ci ildə Sankt-Peterburq Akademiya Komediya teatrının truppasına qoşulub. 2000-2002-ci illərdə Moskva Dövlət Teatrının (“Lenkom”) aktyoru olub. 1998-ci ildən etibarən kinoya çəkilməyə başlayıb. Rusiya və MDB ölkələrində şöhrəti ona “Bumer” kriminal dramında oynadığı “Petya Rama” rolu qazandırıb. Filmin çəkiliş qrafiki sıx olduğundan, həmin rola görə teatrdakı yerindən məhrum olub. 2012-c ildə “Ədalətli Rusiya” siyasi partiyasının lideri olub. İki dəfə evli olub, İkinci həyat yoldaşı aktrisa Polina Nevzorova (teleaparıcı Aleksandr Nevzorovun qızı) ilə 2008-ci ildə ailə qurub, üç qızı, üç oğlu var. Qrup yoldaşı Aleksandra Florinskaya ilə olan birinci nikahdan isə bir oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D1%80%D0%BE%D0%B1%D1%87%D0%B5%D0%BD%D0%BA%D0%BE,_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B9_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç