Andrey Merzlikin

Andrey Merzlikin

Aktyor, rejissor

BİOQRAFİYA

Andrey İlyiç Merzlikin 24 mart 1973-cü ildə Kalininqrad şəhərində anadan olub. 1988-ci ildə Kalininqrad şəhərində Tekstilşik qəsəbəsindəki 22 saylı (səkkizlik) məktəbi bitirib. 1996-cı ildə Məişət və Xidmət Sahəsi üzrə Dövlət Akademiyasını menecment ixtisası üzrə qırmızı diplomla bitirib. Onun diplom işi Sapojnikov tikiş fabrikinin yenidənqurma layihəsi olub. 1994-cü ildə Dövlət Kino İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İki il ərzində iki ayrı ali təhsil ocağında oxuyub. 1998-ci ildə məzun olub. Kino İncəsənət İnstitutunda oxuduğu müddətdə gənc rejissorların: “Alosterlər” (1998), “Məni niyə sevirsən” (1998), “Xəbərlər” (1999), “Final“ (1998) kimi filmlərinə çəkilib. Natalya Poqoniçevayanın “Yayı necə keçirdim” filmində oynadığı rol ona Beynəlxalq Tələbə Festivalında ən yaxşı kişi rolu nominasiyasında mükafat qazandırıb. 2000-ci ildə “Avropa oteli” adlı beynəlxalq teatr layihəsində işləyib. Truppanın tərkibində Avropanın ən iri teatr festivallarında iştirak edib (Vyana, Bonn, Avinyon, Stokholm, Bolonya). Peşəkar kinokaryerasına film və seriallarda kiçik obrazları canlandırmaqla başlayıb (“Ruscasına sevmək 3: Qubernator” (1999), “Fransız millətindən olan” (2000). Uğur və populyarlığı aktyora rejissor Pyotr Buskovun “Bumer” kriminal macəra dramında oynadığı Dimon rolu gətirib. “Bumerin” müvəffəqiyyətindən sonra onu çoxsaylı filmlərə və seriallara mərkəzi rollara, xüsusilə cinayətkar rollarına dəvət ediblər. Karyerası ərzində (2019-cu il) yüzdən çox televiziya və kino rolu olub. 2006-cı ildə psixoloq Anna Osokina ilə evlənib, dörd övladı var. Rusiya Federasiyasının əməkdar artistidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Andrey_Merzlikin

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç