Takaşi Matsuyama

Takaşi Matsuyama

Aktyor

BİOQRAFİYA
Takaşi Matsuyama - yaponiyalı aktyordur. 2 aprel 1960-cı ildə Yaponiyanın paytaxtı Tokioda anadan olub. Daha çox "Lənət" (Ju-on, 2002), "Lənət 2" (Ju-on 2, 2002), "Dəbilqəli kabus" (Ghost in the Shell, 1995) filmlərində oynadığı rollara görə tanınır. IMDB məlumat bazasına görə karyerası ərzində 90-dan çox kino, serial və səsləndirmə rolu olub. Uşaqlığında idmanla məşğul olub, məktəbin basketbol yığmasında çıxış edib. Buraxılış ilində Meydzi Universitetinə təqaüd qazanıb. Buna baxmayaraq özünü aktyor olaraq sınaqdan keçirmək fikrinə düşüb və ədəbi studiyanın nəzdində fəaliyyət göstərən dram məktəbinə daxil olub. Kinoya aparan yolu teatr səhnəsindən keçib, bir müddət kukla tamaşalarında iştirak edib. Takaşi debütünü 1991-ci ildə "Avara köpək" fantastik filmində gerçəkləşdirib. 1995-ci ildə məşhur yapon manqası olan "Dəbilqəli kabus" animasiyasında personajlardan birini səsləndirib.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0559690/
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç