Kolin Klark

Kolin Klark

Ssenarist, prodüser

BİOQRAFİYA

Kolin Klark 1932-ci ildə İngiltərədə zadəgan ailəsində anadan olub. Atası nüfuzlu sənətşünas və Milli Qalereyanın direktoru olub. Kolin 1957-ci ildə İton orta məktəbini bitirəndən sonra hərbi aviator olmağa çalışsa da məqsədinə çata bilməyib və kinoya da həvəs göstərdiyindən, Lourens Olivyenin studiyasına gəlib. İnadkarlığı sayəsində rejissorun 3-cü köməkçisi vəzifəsinə təyinat ala bilib. Merilin Monronun baş rolda çəkildiyi “Şahzadə və rəqqasə qız” filminin çəkilişlərində özünü sınayıb. Uğur qazandığından Olivyenin şəxsi assistenti təyin olunub. 2000-ci ildə isə Merilin Monro ilə tanışlığından bəhs edən kitab nəşr etdirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://fb.ru/article/392980/kolin-klark-i-ego-nepridumannaya-istoriya-o-merilin-monro

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç