Conni Qrinvud

Conni Qrinvud

Aktyor, bəstəkar

BİOQRAFİYA

Conatan Riçard Qay Qrinvud – britaniyalı musiqiçi, solo gitaraçı, “Radiohead” qrupunun solo-gitaraçısıdır. Həmçinin kinobəstəkar kimi fəaliyyət göstərir. 5 noyabr 1971-ci ildə İngiltərənin Oksford şəhərində anadan olub. Qrinvud multiinstrumentalistdir, gitaradan savayı skripka, fortepiano, banco, dodaq harmoniyası və digər alətlərdə ifa edə bilir. “Rolling Stone” nəşri onu tarixin gəlib getmiş ən yaxşı gitaraçılarının yüzlüyündə 48-ci yerdə göstərib. “Radiohead” qrupunun ən kiçik musiqiçisidir. Digər iştirakçılardan fərqli olaraq ali təhsili yoxdur. Qrupda solo-gitaraçı funksiyasını yerinə yetirir. Böyük kinoda daha çox “Sənətkar” (The Master, 2012), “Neft” (There Will Be Blood, 2007), “Xəyali ilmə” (2017) filmləri üzərində gördüyü işə görə tanınır. Ümumilikdə 200-dən çox film və serialın saundtrekini yazıb.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D0%BD%D0%B2%D1%83%D0%B4,_%D0%94%D0%B6%D0%BE%D0%BD%D0%BD%D0%B

 

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç