Eşli Tisdeyl

Eşli Tisdeyl

Aktrisa, prodüser

BİOQRAFİYA

Eşli Mişel Tisdeyl 2 iyul 1985-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Uest-Dil şəhərində anadan olub. Eyni vaxtda iki mahnısı ilə “Billboard Hot 100” reytinqinə düşmüş ilk amerikalı müğənni kimi tarixə düşüb. Söhbət What “I’ve Been Looking For” və “Bop to the Top” mahnılarından gedir. Mahnılar “Möhtəşəm müzikl” filminin soundtreklər siyahısına daxil olub. “Möhtəşəm müzikl” da görüntülənməsindən sonra Warner Bros. Records şirkəti ilə müqavilə bağlayıb və solo musiqi karyerasına başlayıb. Onun debüt albomu olan Headstrong 2007-ci ilin fevral ayında işıq üzü görüb. Amerikanın çartında 5-ci yerdə debüt edib. Albomun cəmi bir həftə ərzinə 64 mindən çox nüsxəsi satılıb. İkinci studiya albomu olan Guilty Pleasure 2009-cu ildə buraxılıb. Tisdeyl həmçinin “Fines və Ferb” cizgi serialında Kindes Flinn personajını səsləndirib. 2007-2009-cu illərdə Cared Murillo ilə görüşüb. 2009-cu ildən 2011-ci ilə kimi Skott Spirrlə eşq macərası olub. 2012-ci ildən Kristofer Frençlə vətəndaş nikahında olub. 2014-cü ildə cütlük münasibətlərini rəsmiləşdirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B8%D1%81%D0%B4%D0%B5%D0%B9%D0%BB,_%D0%AD%D1%88%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç