Robert Şey

Robert Şey

Prodüser, aktyor, rejissor, ssenarist, operator

BİOQRAFİYA

Robert Kennet Şey 4 mart 1939-cu ildə yəhudi ailəsində Detroyt şəhərində (Miçiqan ştatı, ABŞ) anadan olub. Amerikalı prodüser, aktyor, rejissor, ssenarist və operatordur. New Line Cinema kinoşirkətinin təsisçisidir. Onun bacısı aktrisa Lin Şeydir. Mamfordakı Detroyt orta məktəbinin məzunudur. Miçiqan Universitetində, Kolumbiya və Stokholm Universitetinin hüquq məktəbində təhsil alıb. Evlidir, iki övladı var. “Qarağac küçəsinin dəhşəti” (1984), "Qarağac küçəsinin dəhşəti 2” (1985), “Qarağac küçəsinin dəhşəti 3: Yuxu savaşı” (1987), “Qarağac küçəsinin dəhşəti 6: Freddi ölüb” (1991), “Qızıl kompas” (2007), “Üzüklərin hökmdarı: Kralın dönüşü” (2003), “Üzüklərin hökmdarı: İki qala” (2002), “Üzüklərin hökmdarı: Üzük qardaşlığı” (2001), "Ambition" (2017) və sair filmlərin prodüseri olub.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
http://cyclowiki.org/wiki/%D0%A0%D0%BE%D0%B1%D0%B5%D1%80%D1%82_%D0%A8%D1%8D%D0%B9

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç