Emili Prokter

Emili Prokter

Aktrisa

BİOQRAFİYA

Emili Mellori Prokter – amerikalı aktrisadır. Daha çox  “C.S.I: Cinayət yeri” serialında Keyli Dükeyn rolu ilə məşhurlaşıb. Emili Mellori Prokter 8 oktyabr 1968-ci ildə Roli şəhərində (Şimali Karolina) anadan olub. Atası həkim anası evdar xanım olub. İki yaşında olanda valideynləri boşanıb. Gələcək aktrisa və qardaşı Vit anası ilə qalıb. 2010-cu ilin əvvəlində Emilinin Pippu  adlı qızı doğulub. Emili uşaq yaşlarında kino ilə maraqlanıb.  Şərqi Karolina universitetinin teatr fakültəsinə sənədlərini versə də, yer olmadığı üçün qəbul olunmayıb. Buna baxmayaraq həvəsdən düşməyib. Arzusunu gerçəkləşdirənə qədər bir müddət jurnalist və rəqs üzrə təhsil almalı olub. Tələbə olduğu illərdə televiziyada işləməyə başlayıb, CBS telekanalının hava proqnozu verlişinin aparıcısı olub.  Təhsili başa vurduqdan sonra Los-Ancelesə köçüb, orada aktyorluq kurslarına yazılıb və iki il ərzində atası onun təhsilini maliyyələşdirib. 2005-ci ildə Emili “Charriol” şirkətinin reklam kampaniyasında iştirak edib.  Bu onun kinematoqrafiyaya gəlişinə təkan vermiş olur.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sam_Neill

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç