Tayqer Çen

Tayqer Çen

Aktyor, ssenarist

BİOQRAFİYA

Tayqer Çen (Tiger Chen) – çin aktyoru, dublyoru, ssenaristi və döyüş sənəti ustasıdır. Daha çox Çen Hu (Chen Hu) ləqəbi ilə tanınır. Tayqer Çen 3 mart 1975–ci ildə Çenduda anadan olub (Çin, Siçiuan bölgəsi). Kiçik yaşlarından Tayqer Çin döyüş sənətinə yiyələnir. 18 yaşında ikən uşu komandasına daxil olur, daha sonra Çində keçirilən Milli Gənclər sənəti müsabiqəsində qələbə qazanır. Bir ildən sonra 19 yaşlı Tayqer ABŞ-a köçür. 2000-ci illərin əvvəllərində Şərq təkbətək döyüş səhnələrinin quruluşçu rejissoru, çin ustası Yuen Xepindən (Yuen Vu Pin kimi tanınan) döyüş sənətinin incəliklərini öyrənir. 1998-ci ildə Tayqer kinokaryerasına başlayıb. Kianu Rivzlə Baçovski bacılarının “Matris” filmində döyüş səhnələrini hazırlayıb. Ardınca Tayqer “Çarlinin mələkləri”, “Billi öldürmək”, “Həyatda bir dəfə” filmlərinin çəkilişlərində döyüş xoreoqrafı kimi iştirak edib. 2003-cü ildə Çen “Matrisa: Yeni başlanğıc” filmində kiçik rolu ifa edib. Filmin çəkilişlərində aktyor Kianu Rivzlə dostlaşıb. 2013-cü ildə Tayqer Kianu Rivzin “Tay-Tzı ustası” kəskin filmində ilk baş rolunu ifa edib. Tayqer Çen döyüş sənəti üzrə keçirilən bir çox çempionatların mükafatçısı olub.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15534336141/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç