Emiliya Klark

Emiliya Klark

Aktrisa

BİOQRAFİYA

Emiliya Klark 23 oktyabr 1986-cı ildə Londonda (İngiltərə) anadan olub. Uşaqlığı Berkşir şəhərində keçib. Atası teatrda səs rejissoru işləyib və əsli Vulverhemtpon şəhərindən olub. Anası Cennifer Klark isə “Anima” xeyriyyə fondunun direktorudur. Emiliya klarkın böyük qardaşı var. Emiliya uşaqlıq illərindən aktyorluq sənətinə maraq göstərib. Atasının üzərində çalışdığı “Qayıq” adlı musiqili tamaşaya baxdıqdan sonra aktrisa olacağını qət edib. Müqəddəs Antoniya məktəbində daha sonra isə Sent-Endrüs orta məktəbində oxuyub. 2009-cu ildə London Dram Mərkəzini bitirib. “Taxt oyunları” (2011-2019) teleserialında oynadığı Deyeneris Tarqarien və “Terminator: Genesis” (2015) elmi-fantastik trillerində oynadığı gənc Sara Konnor rolu ilə məşhurlaşıb. Həmçinin “Han Solo: Ulduz müharibələri” spinoff-unda Kira roluna görə tanınır. Şəxsi həyatına gəlincə 2012-ci ildən Set Makfarleynlə görüşüb. 2013-cü ildə aralarında olan sevgi münasibətləri sona çatıb. 2016-cı ildə Los-Anceles şəhərində ev alaraq, Venis-Biçə köçüb. 2014-cü ildə “AskMen” jurnalının versiyasına görə dünyanın ən arzuolunan qadını seçilib. 2015-ci ildə isə "Esquire" jurnalı onu dünyanın ən gözəl qadını elan edib. 8 mart 2017-ci ildə "HuffPost" saytı dünyanın ən fəal qadın haqları müdafiəçisi mükafatını verib. 13 iyul 2017-ci ildə "Rolling Stone" jurnalına verdiyi müsahibədə “Taxt oyunları” teleserialının onu əsl feministə çevirdiyini etiraf edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BB%D0%B0%D1%80%D0%BA,_%D0%AD%D0%BC%D0%B8%D0%BB%D0%B8%D1%8F

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç