Dip Roy

Dip Roy

Aktyor

BİOQRAFİYA

Dip Roy - əsl adı Mohinder Purba, hind əsilli cırtdan aktyor, kaskadyor və kuklaçıdır. 1976-cı ildə “Target” serialının “Yeni qisasçılar” adlı epizodunda debüt edib (Kloki rolunu oynayıb). Elə həmin il “Çəhrayı bəbir zərbə endirir” filminə italiyalı qatil roluna çəkilir. Karyerasının əvvəlində ona “Doktor Kim” fantastik serialında cənab Sin rolu nəsib olub. “Bleykin yeddiliyi” (1978-1980) serialının dörd epizodunda oynayıb. Dip “Qreystouk: Tarzan haqqında əfsanə” (1984) və 2001-ci ildə Tim Börton tərəfindən çəkilmiş “Meymunlar planeti” fantastik trillerində meymun personajını canlandırıb. Tim Börtonun digər iki filmində də - 2003-cü ildə “İri balıq”, 2005-ci ildə isə “Çarli və şokolad fabriki” epizodik rollar oynayıb. Sonuncuda Dip Roy birdən-birə şokolad fabrikinin 165 balaca işçisini canlandırıb. Həmin umpa-lumpa rollarının öhdəsindən gəlmək üçün xeyli müddət yoqa, rəqslə məşğul olub, bir neçə alətdə ifanı öyrənib. “Gəlinin meyiti” animasiya filmində general Bonesapartı səsləndirib. “Transformerlər: Məğlubların qisası” (2009) və “Ulduz yolu” (2009) filmlərində epizodik rollar oynayıb. Aktyorun ən əlamətdar rollarından biri “Dibdə” (2010) serialında meksikalı cinayətkarın hind əsilli qurbanı rolu olub. Dip Roy “Sandip haqqında ballada” qısametrajlı filmində Sandip Macumdara rolunu oynayıb. Həm rol ona “Colorado Film Festivalı” mükafatını qazandırıb (ən yaxşı aktyor nominasiyasında).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B9,_%D0%94%D0%B8%D0%BF

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç