Zarin Xan

Zarin Xan

Aktrisa

BİOQRAFİYA

Zarin Xan - hind aktrisası və modeldir. Bombeydə müsəlman ailəsində anadan olub. Uşaqlığı Böyük Britaniyada keçib. Orta təhsilini Rizvi kollecində alıb. Həkim olmaq arzusunda olsa da, “Vərəsələr” filminin çəkiliş meydançasında iştirak edəndən sonra aktrisa olmaq qərarına gəlir. Salman Xanın diqqətindən yayınmayan gənc qız “Vir” filminə dəvət alır. Bu filmdə çəkilmək üçün Zarin çəkisini 8 kiloqram artırmaq məcburiyyətində qalıb. Lakin film tamaşaçı rəğbətini qazanmayaraq tənqidə məruz qalır. Bir ildən sonra o, “Köməkçi” filmində “Character Dheela” rəqs nömrəsini ifa edir. 2012-ci ildə onun iştirakı ilə “Dolu ev 2” filmi çıxıb. 2014-cü ildə Qippi Qreval ilə birlikdə pəncab dilli "Jatt James Bond" filmində çəkilib. 2016-cı ildə isə “Virappan” və "Wajah Tum Ho" filmlərində aktrisa kimi deyil, rəqqasə kimi çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BD,_%D0%97%D0%B0%D1%80%D0%B8%D0%BD%D0%B5

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç