Amerika Olivo

Amerika Olivo

Aktrisa

BİOQRAFİYA

Amerika Afin Olivo 5 yanvar 1978-ci ildə ABŞ-ın Kaliforniya ştatının Van-Nays şəhərində anadan olub. Anası fotomodel Danika Dhondtdur. Amerikanın beş bacı-qardaşı var. Deniz Olivo və Korinn Olivonun bacısıdır. Amerika Culyard ali məktəbinin məzunudur. 1998-2004-cü illərdə “Soluna” pop qrupunda oxuyub. 2002-ci ildə aktrisalıq karyerasına qədəm qoyub. 2005-2006-cı illərdə Amerika “Doktor Haus” serialında İnqrid rolunu oynayıb. Bundan başqa “Çikaqo polisi” və “Çikaqo yanğınsöndürənləri” kimi seriallarda rol alıb. Karyerası ərzində 40 dan çox kino və serialın çəkilişi və səsləndirilməsində iştirak edib. Şəxsi həyatına gəlincə 11 iyul 2009-cu ildə aktyor Kristian Kempbellə evli olub. Cütlüyün İndira Rouz adlı qızı dünyaya gəlsə də, üç gündən sonra Edvards sindromundan dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%BB%D0%B8%D0%B2%D0%BE,_%D0%90%D0%BC%D0%B5%D1%80%D0%B8%D0%BA%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç