İzabela Vidoviç

İzabela Vidoviç

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA

İzabela Viudoviç 28 may 2001-ci ildə anadan olub. Amerikalı teatr, kino və televiziya aktrisası, kinoprodüser və ssenaristdir. İzabela teatrda 7 yaşında debüt edib. 2011-ci ildə kinoda, əsasən teleseriallarda çəkilməyə başlayıb. “Sümüklər, “Herri qanunu”, “Fosterlər” və sair seriallarda rol alıb. 2013-cü ildə İzabel “Zombilend” serialında “Little Rock rolunu alıb. Həmçinin Ceyson Steytenlə birlikdə “Sonuncu mövqe” filmində çəkilib. İzabel “Because These Kids Are…” qısametrajlı filmdə aktrisa qismində çəkilməklə yanaşı, həmçinin ssenarist və prodüser kimi çıxış edib. Aktrisa reklamda çəkilir. İzabelin valideynləri Bosniyadandır. Atası kinoprodüser Mario Vidoviç, anası aktrisa Elijabeta Vidoviçdir. Bacısı Katarina Vidoviç kinoya çəkilir. İzabela rus və alman dillərini öyrənir. İngilis dilindən savayı serb, bosniya, xorvat dillərində sərbəst oxuya, yaza və danışa bilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87,_%D0%98%D0%B7%D0%B0%D0%B1%D0%B5%D0%BB%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç