Ceyms Honeyborn

Ceyms Honeyborn

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Ceyms Honeyborn 1 avqust 1970-ci ildə Böyük Britaniyada anadan olub. Nyukasl Universiteti və Ampleforts Kollecinin məzunudur. Kinokaryerası ilə yanaşı həm də ətraf mühit fəalıdır. Hazırda Bristol şəhərində yaşayır (2018-ci il). BBC-nin Natural History bölməsinin icraçı direktoru vəzifəsində çalışır. Çoxsaylı sənədli filmlərin rejissoru və prodüseri olub.  Evlidir. İki övladı var. Daha çox “Surikatlar” (Meerkats, 2008), “Mavi planet 2“ (Blue Planet II, 2017), “Africa” (Africa, 2013) sənədli filmləri üzərində gördüyü işə görə tanınır. Karyerası ərzinə 17 filmin çəkilişinə prodüserik edib. “Mavi Planet 2” sənədli filminə görə “ən yaxşı sənədli film və qeyri-bədii proza serialı kateqoriyasında "Emmi" mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1435800/awards?ref_=nm_awd

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç