Stiv Lemmi

Stiv Lemmi

Aktyor

BİOQRAFİYA

Stiven Karlos Lemme - amerikalı aktyor, ssenarist və prodüserdir. “Sınmış kərtənkələ” komediya truppasının üzvüdür. Dalton School məktəbində orta təhsil alıb. Ardınca təhsilini Nyu-York ali məktəbində davam etdirib. Ancaq bir il sonra Kolorado ştatının Fountain Valley məktəbinə keçib, oranı 1987-ci ildə bitirib. Kolqeyt Universitetiin məzunudur.  Argentina əsillidir, atası elə Argentinada doğulub. Aktyor haqqında maraqlı bir fakt: uşaqlıqda ona polimiolitə qarşı peyvənd vurulsa da, o bu xəstəliyə tutulub. Tibb elmi üçün bu son dərəcə nadir bir hadisədir. Xəstəliklə əlaqədar sağ baldırının əzələləri həmişəlik iflic olub. Daha çox “Superpolislər” (2001), “Pivə Bumu” (2006), “Qorxu klubu” (2004), “Mərdiməzar Salmon” (2009) filmləri üzərində gördüyü işə görə tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0501399/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç