Deniel Trevis

Deniel Trevis

Aktyor

BİOQRAFİYA

Deniel Trevis – amerikalı aktyordur. 10 mart 1968-ci ildə ABŞ-ın Miçiqan ştatının Klarkston şəhərində doğulub və boya-başa çatıb. Ohayo ştatının Mayami Universitetinin məzunudur, teatr sənəti üzrə bakalavr dərəcəsi var. İncəsənət üzrə magistr dərəcəsini isə Rutger Universitetinin Mason Qros Ali Məktəbində əldə edib. Səhnədə ilk peşəkar rollarını “Yay və Tüstü”, “III Riçard”, “Parkda ayaqyalın” tamaşalarda ifa edib. 2001-ci ildə qısaömürlü “Maks Bikfordun təhsili” (The Education of Max Bickford) serialında qonaq rolda çıxış etməklə teledebütünü gerçəkləşdirib. Böyük ekranlarda isə ilk rolunu “Sonsuz Ümman” (Open Water, 2003) filmində oynayıb. Bu elə onun iştirakı ilə çəkilmiş ən əlamətdar kinofilmi hesab olunur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Daniel_Travis  

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç