Cuhi Çaturvedi

Cuhi Çaturvedi

Ssenarist

BİOQRAFİYA

Cuhi Çatuverdi – hindistanlı ssenaristdir. 1975-ci ildə Hindistanda anadan olub. Mumbayda yaşayır və başlıca olaraq Bollivud filmləri üçün ssenarilər yazır. Daha çox “Donor” (2012), “Piku” (2015) “Oktyabr” (2018) filmləri üzərində gördüyü işə görə tanınır. 2013-cü ildə “Donor” filminə yazdığı ssenariyə görə ən yaxşı orijinal ssenari kateqoriyasında National Film Award mükafatına layiq görülüb. Karerasına ştatdankənar illüstrator kimi başlayıb, The Times of India nəşriyyatına işləyib. 1996-cı ildə Dehliyə köçərək, “Ogilvy & Mather" şirkətində rəssam vəzifəsində işə düzəlib. Kino karyerası ərzində 6 filmə ssenari yazıb. Son işi 2018-ci ildə böyük ekranlara yol tapmış “Oktyabr” romantik dramıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm4962323/  

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç