Nikita Anand

Nikita Anand

Aktrisa

BİOQRAFİYA

Nikita Anand – hindistanlı model, aktrisa, televiziya aparıcısı və keçmiş gözəllik kraliçasıdır. 2003-cü ildə “Miss India”  gözəllik müsabiqəsinin qalibi olub. Elə həmin il Hindistanı “Miss Universe” dünya gözəllik müsabiqəsində təmsil edib. Nikita 1983-cü ildə Hindistanın Pəncab ştatının Cələndər şəhərində dünyaya gəlib. Atası S.S.Anand Hindistan ordusunun həkim zabiti olub. Atasının müntəzəm ezamiyyətləri ilə əlaqədar ailə tez-tez yaşayış yerini dəyişib və nəticədə Nikita müxtəlif məktəblərdə oxumalı olub. Özündən üç yaş böyük Cəsnit Anand adlı qardaşı var. Anand həm də saat kolleksiyaçısıdır. Milan, Kuala Lumpur və Dubayda istirahət etməyi çox sevir. AAFT Beynəlxalq Qadın Kinoforumunun üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nikita_Anand

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç