Banita Sandhu

Banita Sandhu

Аktrisa

BİOQRAFİYA

Banita Sandhu – Bollivudun yeni simasıdır. Kinodebütünü 2018-ci ildə ekranlara çıxan “Oktyabr” romantik dramında gerçəkləşdirib. Pəncab şəhərində anadan olub. Hazırda Londonda oxuyur və yaşayır. 18 yaşı olsa da (2018), çiyinlərində 7 illik model təcrübəsi var. Banita “Doublemint” saqqız reklamına çəkilməklə məşhurlaşıb. Bunda başqa çəkildiyi “Ek Ajnabee Haseena Se” mahnı klipi “YouTube”da hitə çevrilərək 6 milyondan çox baxış sayı qazanıb. Debüt filmi olan “Oktyabr”da baş rola çəkilməsi ilə bağlı rejissor bunları deyib: “Biz bu rol üçün çoxsaylı namizədləri nəzərdən keçirdik, bir gün Banitaya zəng vurub, onu filmə çəkmək istədiyimi söylədim. Habelə bunun üçün ilk növbədə aktyorluq sənəti üzrə seminara yazılmalı idi. Onun rol ifası zamanı baş qəhrəmanın xarakterinə uyğunlaşacağına inanırdı. Bizim ssenari müəyyən tipaj tələb edir: məsum və yaralı qız. Namizədlərə nəzər saldıqdan sonra anladım ki, Banita ən yaxşıdır”.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://bollywoodtime.ru/banita-sandhu-banita-sandhu/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç